...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2008 16:48 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyul / Trend / 10 iyul 2008 -ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10502820S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə Birjanın cümə günü yayılan məlumatında bildirilir.

Bir sərmayədar tərəfindən təqdim olunan sifarişin nominal üzrə məbləği 5 000 000 manat təşkil edib. Sifariş 90.84% (gəlirlik 11.50%) qiymətdə təqdim edilmişdir.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 90.84% (gəlirlik 11.50%) orta ölçülmüş qiymət - 90.84% (gəlirlik 11.50%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 26 may 2009-cu ildir.

Xəbər lenti

Xəbər lenti