...

Daşkənddə Özbəkistan-İran biznes-forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2008 20:18 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 29 iyul/ Trend , müxbir T.Jukov/ Ticarət naziri Səid Məsud Mikazeminin başçılıq etdiyi İranın işgüzar dairələrinin nümayəndə heyəti Daşkəndə gəlib. Bu barədə Trend -ın Daşkənddəki xüsusi müxbiri məlumat verib.

Özbəkistanın Ticarəti-Sənaye Palatasının (TSP) mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinin tərkibinə neft-qaz, tikinti, toxuculuq, əczaçılıq, qida sənayesi, avtomobilqayırma və ticarət sahələrindəki iri İran şirkətlərinin nümayəndələri daxildir.

Səfər çərçivəsində, Özbəkistan TSP iyulun 30 - da iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Özbəkistan-İran biznes - forumu təşkil edəcək. TSP-nin mətbuat xidmətindən bildiriblər ki, biznes-forumun gedişində Özbəkistan və İran arasında ticari-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq. İşgüzar əlaqələrin gələcək inkişafı üçün əlverişli şəraitin yaradılması üzrə ümumi mövqelərin işlənilməsinə dair rəy mübadiləsi aparılacaq.

İran, ənənəvi olaraq, Özbəkistanın aparıcı iqtisadi tərəfdaşlarının onluğunda daxildir. 2007- ci ildə iki ölkə arasında mal dövriyyəsi $565 mln. təşkil edib. Özbəkistan $506,2 mln. müsbət saldoya malikdir (ixrac - $535,6 mln. və idxal - $29,4 mln.).

Özbəkistanda 117- dən çox birgə müəssisə, o cümlədən 100 faiz İran kapitalına məxsus 24 müəssisə iştirak edir. Bu müəssisələr xalq tələbatı malları, toxuculuq və kənd təsərrüfatı məhsulları, tikinti materialları, xalça istehsalında, eləcə də xidmətlər sahəsində çalışır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti