...

ABŞ iqtisadiyyatının xilas edilməsi üçün maliyyə yardımı kifayət deyil - beynəlxalq iqtisadçı

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2008 14:35 (UTC +04:00)
ABŞ iqtisadiyyatının xilas edilməsi üçün maliyyə yardımı kifayət deyil - beynəlxalq iqtisadçı

Azərbaycan, Bakı, 26 sentyabr / Trend , müxbir A.Bədəlova/ Amerika iqtisadiyyatının xilas edilməsi üçün maliyyə yardımı kifayət deyil, - Capital Economics Britaniya Konsaltinq şirkətinin iqtisadi tədqiqatlar üzrə iqtisadçısı Con Hiqqins (John Higgins) hesab edir.

"Biz fikirləşmirik ki, bankların problem olan aktivlərinin alınması bütün maliyyə sektorunu dirçəltsin, çünki iqtisadiyyatdakı yenidənqurma çox güman ki, aktivlərin gələcək hesabdan silinməsinə gətirib çıxaracaq, banklar isə çox çətinliklə öz kapitallarını artıracaqlar", - cümə günü TrendСapital-a Hiqqins deyib.

Əvvəllər ABŞ-ın Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının qeyri-likvid  ipoteka aktivləri nəticəsində iflic olmasını aradan qaldırmaq üçün tədbirlər görüb. Qanun layihəsinə əsasən, hökumət, qərargahları ABŞ-da yerləşən maliyyə şirkətlərindən ipoteka ilə bağlı problem aktivlərini almaq niyyətindədir. Antiböhran planının ümumi dəyəri $700 milyard qiymətləndirilir. Proqram ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Ben Bernank tərəfindən də dəstəklənib.  

"Maliyyə bazarlarında gərginlik yeni pikə çatıb. Sərmayədarlar ABŞ administrasiyasının yardım proqramının yeni versiyasının Konqres tərəfindən təsdiqlənəcəyini gözləyirlər", - Hiqqins bildirib.

Konqresdə ölkənin maliyyə bazarının dəstəklənməsi üzrə qanun layihəsinin qəbul edilməsi məsələsi ilə bağlı yekdil fikir yoxdur. Konqreslə razılaşdırılmış qanun layihəsinə əsasən, onun qəbul ediləcəyi təqdirdə, prezident administrasiyası ilikin mərhələdə yalnız $350 milyard ala biləcək. İlk öncə $250 milyard, daha sonra isə $100 milyard. Bunula yanaşı, Konqres qalan  $350 milyardın ayrılmasının qarşısını almaq hüququnu özündə saxlayır.

Yardım planına qarşı ABŞ prezidentliyinə namizədlər Barak Obama və Con Makkeyn çıxış ediblər. Onlar Konqresi administrasiyanın yarıdm göstərilməsi ilə bağlı hərəkətlərinə müdaxilə etməyə çağırıblar. Respubliakçı namizəd Makkeynin bəyan etdiyinə görə, 700 milyardlıq plan hazırkı şəklində perspektivsizdir. Əvvəllər Makkeyn maliyyə böhranından çıxmaq üzrə axtarışlarda fikrini cəmləmək üçün öz seçki kampaniyasını dayandırdığını bəyan edib.

Hiqqinqin sözlərinə görə, maliyyə böhranına cavab yaxın vaxtlarda FES-in faiz dərəcəsinin azalması olacaq. Lakin onun sözlərinə görə, Federal Ehtiyat Sistemi qısamüddətli perspektivdə kreditin əldə edilməsinin artırılması üzrə xətti irəli aparacaq.

Xəbər lenti

Xəbər lenti