...

Maliyyə bazarının tezliklə bərpasını gözləməyə dəyməz – ABŞ Federal Ehtiyat Sisteminin sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2008 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Yaxın vaxtlarda maliyyə bazarının sürətlə bərpasını gözləməyə dəyməz, - ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Ben Bernake bazar ertəsi bildirib. Onun  nitqi Vesti kanalının birbaşa efirində yayımlanıb.

"Hazırda məsələ ondan ibarətdir ki, ümumilikdə fond bazarının bərpasından sonra maliyyə böhranı nə qədər davam edəcək", - Bernake bildirib.

Bernake bildirib ki, ABŞ iqtisadiyyatı ciddi təhlükə altındadır.

"İstehlak fəallığının azalması davam edir. Mənzilin ümumi dəyəri 12 faiz azalıb", - FES -in rəhbəri bildirib.

Bernakenin sözlərinə görə, dövlətin gördüyü tədbirlər maliyyə sisteminə etibarı qaytarmağa kömək edəcək. "Maliyyə sisteminin sabitləşməsi ilk addım olsa da,  iqtisadiyyatın qarşılaşdığı bütün problemləri həll etməyəcək", - Bernake bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın sabitləşmə vaxtı fond bazarlarının sabitləşməsinə nə qədər vaxt tələb olunacağından asılı olacaq.

"İqtisadiyyat hələ bir müddət zəif vəziyyətdə olacaq və təcili tədbirlərin nəzərdən keçirilməsi münasibdir, lakin istənilən maliyyə planının dəqiq hədəfləri olmalıdır" - Bernake bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti