...

İpoteka kreditlərinin bərpasından sonra Bank of Azerbaijan kredit verən ilk bank olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend /

Bank of Azerbaijan bu həftə ipoteka krediti verib. Bu, ipoteka krediti proqramının bərpasından sonra verilən ilk kerditdir., bankın məlumatında deyilir. Bankın ipoteka krediti proqramından ilk borc götürən 33 yaşlı Malik Nəsirov olub. 25 illik kreditin məbləği 46 410 manatdır. Nəsirovun aldığı iki otaqlı mənzil takrar əmlak bazarına aiddir.

Bank of Azerbaijan-dan verilən məlumata görə, Nəsirov banka iyunun ortalarında müraciət edib. Sənədlərin nəzərdən keçirilməsi üçün bir ay vaxt lazım olmasına baxmayaraq, əməkdaşların operativ işi nəticəsində artıq iki həftəyə Nəsirov bankın ipoteka kreditinə sahib olub.

Bank of Azerbaijan hər bir müştəriyə diqqətlə yanaşaraq və ipoteka kreditlərinin bərpa olunması ideyasını dəstəkləyərək kreditlərin verilməsini daha da aktivləşdirmək niyyətindədir. İpoteka Fondunun şərtlərinə görə, Bank of Azerbaijan həmçinin güzəştli ipoteka kreditləri də verir.

Bank of Azerbaijan ipoteka krediti vermək hüququna malik 18 yerli bank siyahısına daxildir.

Xəbər lenti

Xəbər lenti