...

Bakıda yenidənqurmadan sonra "İçərişəhər" metrostansiyası istifadəyə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2009 17:05 (UTC +04:00)
Bu gün Bakı metropoliteninin "İçərişəhər" stanisyasının açılışı baş tutub. Bu stansiya iyulda üç yeni eskalatorın quraşdırılması üçün bağlanmışdı.
Bakıda yenidənqurmadan sonra "İçərişəhər" metrostansiyası istifadəyə verilib

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Bu gün Bakı metropoliteninin "İçərişəhər" stanisyasının açılışı baş tutub. Bu stansiya iyulda üç yeni eskalatorın quraşdırılması üçün bağlanmışdı.

"Quraşdırılmış yeni eskalatorlar elektrik enerjisinə 30-40 faiz qənaət etməyə imkan verir və yüksək səviyyəli təhlükəsizliyi təmin edir", - stansiyanın açılışında Bakı metropoliteninin rəisi Tağı Əhmədov deyib.

Onun sözlərinə görə, eskalatorlar Almaniyanın Tisson Group şirkəti tərəfindən istehsal olunub və Viktoriya tipinə aiddirlər. Stansiyada, həmçinin həmin şirkətin istehsalı olan TLT ventilyasiya sistemi də quraşdırılıb.

Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 21 stansiyadan ibarətdir. İlin sonuna 22-ci - "Azadlıq" stansiyasının istifadəyə verilməsi planlaşdırılır.

Bakı metropoliteni gələn il həmçinin "Sahil", "28 may", "Nizami" və "Xətai" metrostansiyalarında eskalatorları dəyişdirmək niyyətundədir.

Məqalə müəllifi lə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti