...

Azərbaycanda ipoteka istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2009 20:49 (UTC +04:00)
Sentyabrın 28-dən etibarən Azərbaycan Mərkəzi Bankının yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz təmin edilmiş 3 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac başlanacaq.
Azərbaycanda ipoteka istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsinə başlanılır

Azərbaycan, Bakı, 25 sentyabr / Trend /

Sentyabrın 28-dən etibarən Azərbaycan Mərkəzi Bankının (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz təmin edilmiş 3 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac başlanacaq. Bu barədə Bakı Fond Birjasının (BFB) cümə günü yaydığı məlumatda deyilir. İstiqrazlar cari qiymət üzrə təqdim ediləcək (100,8667).

İstiqrazların ödənilmə tarixi 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində AMB iştirak edir.

AİF-in istiqrazların ilkin yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılıb və bu günədək 30 milyon manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib. Emissiyanın ipoteka istiqrazlarının ümumi həcmi 55 milyon manat təşkil edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB üzvü olan brokerlərə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti