...

Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsinə dair işlər davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2009 18:49 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçı Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçı bazarında aparılan növbəti monitorinq zamanı 110 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edərək satışdan çıxarıb.
Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsinə dair işlər davam etdirilir

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçı Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçı bazarında aparılan növbəti monitorinq zamanı 110 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edərək satışdan çıxarıb. Satışdan çıxarılan ərzaq məhsulları məhv edilib. Bu barədə bazar ertəsi nazirlikdən yayılan məlumatda deyilir.

Monitorinqlər Bakının Sabunçu rayonunda və Xaçmaz şəhərində aparılıb.

Mağazalardan istifadə müddəti ötmüş ərzaqlar - kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, həmçinin kosmetikalar satışdan çıxarılaraq məhv edilib.

Monitorinqlər zamanı Sabunçu rayonunun ticarət məntəqəsində istehsalçısı məlum olmayan və istifadə müddəti ötmüş məhsullar satışdan çıxarılıb.

İstehlakçıların hüquqlarının pozulıması ilə əlaqədar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib ediləcək.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında" qanun qüvvəyə mindikdən sonra 47 hüquqi şəxsə 181 min manat, 461 fiziki şəxsə isə 688 min manat cərimə tətbiq edilib.

Monitorinqlər davam etdirilir.

Oktyabrın 05-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti