Qazaxstan, Astana, 25 oktyabr / Trend , müxbir K.Konırova/
Almatıda birbaşa Qahirə-Almatı-Qahirə reysinin açılışı üzrə təntənəli mərasim keçirilib, bu barədə Trend -a Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"Rəsmi səviyyədə ilk dəfə olaraq iki ölkə arasında hava nəqliyyatının açılması məsələsi 2007-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Misirə səfəri zamanı qaldırılıb", - bu barədə idarənin press relizində deyilir.
Məlumatda deyildiyi kimi, Qazaxıstan və Misir aviasiya rəhbərliyinin nümayəndələri ilə danışıqların yekunları əsasında birbaşa Qahirə-Almatı-Qahirə reysinin açılması barədə qərar qəbul edilib. Reys həftədə iki dəfə Misirin "Egypt Air" aviasiya şirkəti tərəfindən həyata keçiriləcək.
Qahirə-Almatı yeni reysi 737 yer tutumlu (160 ekonom-klass və 24 biznes-klass) olacaq. Almatıdan uçuş günləri çərşənbə axşamı və şənbə günləri, Qahirədən uçuş günləri isə bazar ertəsi və cümə günləridir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]