...

Fransa və Türkmənistan əməkdaşlığa dair beynəlxalq müqavilə paketi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2010 13:07 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Fransaya fevralın 1-dən 3-nə kimi davam etmiş ilk rəsmi səfəri çərçivəsində Parisdə beynəlxalq müqavilə paketi imzalanıb.
Fransa və Türkmənistan əməkdaşlığa dair beynəlxalq müqavilə paketi imzalayıb

Türkmənistan, Aşqabad, 3 fevral / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Fransaya fevralın 1-dən 3-nə kimi davam etmiş ilk rəsmi səfəri çərçivəsində Parisdə beynəlxalq müqavilə paketi imzalanıb.

Sənəd Berdiməhəmmədov və Fransa Respublikasının Baş naziri Fransua Fiyona tərəfindən imzalanıb. Türkmənistan rəsmi mənbəsi məlumat verib.

Bağlanan sənədlər arasında "Türkmənistan-Fransa birgə iqtisadi əməkdaşlıq üzrə beynəlxalq komissiyası yaradılması barədə müqavilə", "Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında müqavilə protokolu", "Mədəniyyət, təhsil, elm və texnika sahəsində əməkdaşlıq haqqında müqavilə", "Muzey işləri sahəsində Mədəniyyət Nazirlikləri arasında əməkdaşlıq haqqında müqavilə", "Türkmənistanın ticarət və sənaye palatası və Fransa Müəssisələr hərəkatı arasında əməkdaşlıq haqqında müqavilə" vardır.

Parisdə həmçinin "Aşqabad şəhərinin enerji təchizatının etibarlılığının yaxşılaşdırılması" layihəsinin həyata keçirilməsi haqqında Türkmənistan Enerji və Sənaye Nazirliyi və Schneider Electric (Fransa) konsersium şirkəti və Enex process engineering S.A.(Belçika) və Schneider Electric arasında müqavilə imzalanıb.

Səfərin yekunları üzrə birgə bəyanat qəbul edilib.

Xəbər lenti

Xəbər lenti