...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq Xidmətinə yeni rəhbər təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2010 20:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Ü.İsmayılova/

Cümə günü Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun əmrinə əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsinə əvvəlki rəhbər İsmayıl Həsənovun aprelin 22-də kollegiya iclasının qərarı ilə bu vəzifədən uzaqlaşdırılması ilə əlaqədar Sialə Rüstəmova təyin olunub. Bu barədə cümə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Bundan əvvəl Rüstəmova Respublika Laboratoriyasının direktoru olub.

Nazirliyin mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, əvvəlki rəhbərin vəzifədən uzaqlaşdırımasına səbəb xidməti vəzifəsinin icrası zamanı səhlənkarlığa yol verməsi olub ki, bu da hətta xaricdən ölkəyə idxal olunan iribuynuzlu mal-qaranın tələf olmasına gətirib çıxarıb. Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, bununla əlaqədar Həsənov artıq şiddətli töhmət alıb. Bundan başqa, nazirliyin məlumatına əsasən, Həsənov bruselyoza qarşı yeni müalicəvi preparat hazırlaması haqqında yalan məlumat yayıb ki, bu da dünyada səs-küyə səbəb olub.

Xəbər lenti

Xəbər lenti