...

Azərbaycanda daxili turizm normal inkişaf etməyə başlayıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2010 13:04 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri ötən həftə şimaldakı turizm obyektlərində monitorinq keçirib. Bu barədə cümə günü GUAM iştirakçısı olan ölkələrin turizm sahəsində rəhbərlər səviyyəsində keçirilən beşinci iclası zamanı bildirilib.
Azərbaycanda daxili turizm normal inkişaf etməyə başlayıb - nazir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın mədəniyyət və turizm naziri ötən həftə şimaldakı turizm obyektlərində monitorinq keçirib. Bu barədə cümə günü GUAM iştirakçısı olan ölkələrin turizm sahəsində rəhbərlər səviyyəsində keçirilən beşinci iclası zamanı bildirilib.

Onun sözlərinə görə, ötən həftə monitorinqlər ölkənin Quba və Xaçmaz rayonlarında keçirilib. Nəticədə, bir sıra mənfi hallar aşkar edilib və onlar aradan qaldırılmaq üçün yerli hakimiyyət orqanlarına təqdim edilib.

"Buna baxmayaraq, demək olar ki, bu ildən daxili turizm normal inkişaf etməyə başlayıb, bir sıra infrastruktru layihələr başa çatıb, ötən illə müqayisədə turizm axını böyüyüb", - nazir bildirib.

Qarayev onu da qeyd edib ki, bir sıra regional turizm obyektlərində qiymətlərin enməsi müşahidə olunur.

"Turizm obyektlərinin sayının və rəqabətin artması üzündən, bazarda qiymətlər ucuzlaşacaq", - o deyib.

Nazir Azərbaycanda və Türkiyədə turizm qiymətlərini müqayisə etməyi məqsədəuyğun saymır, çünki bu, iki müxtəlif bazardır.

"Türkiyə milyonlarla turist qəbul etmək imkanına malikdir. Azərbaycanda turistlərin yerləşdirilməsi üzrə bugünkü məhdudiyyətlər Türkiyə səviyyəsində xidmət göstərməyə imkan vermir. Türkiyədə turizm sahəsi sürətli templərlə inkişaf edir və bu səviyyəyə çatmaq üçün Azərbaycana hələ 15-20 il vaxt lazımdır", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti