Azərbaycan, Bakı, 9 avqust /Trend/
RED: gecikən reys barədə məlumat əlavə olunub
"Domodedovo" hava limanından Bakıya yerli vaxtla 13:45-də gəlməli olan Moskva-Bakı aviareysi gecikir. Bu barədə bazar ertəsi "Azal" QSC-dən bildiriblər. "Bu reys artıq Moskvadan uçub və Bakıya saat 19:30-da çatacaq", - AZAL-dan deyiblər.
"Təyyarə uçub və Bakıya 19:30-da gələcək", - aviaşirkətdən qeyd ediblər.
Buna müvafiq olaraq, Bakıdan 14:45-də uçmalı olan reys, təyyarə Bakıya gələndən yalnız bir saat sonra yola düşəcək.
Reysin gecikməsinə səbəb Moskva vilayəti ərazisində torf bataqlıqlarının yanması olub.
Aviaşirkətdən deyildiyi kimi, Bakı-Moskva (uçuş yerli vaxtla saat 22:30-da) və Moskva-Bakı (enmə saat 18:30-da) reyslərinin taleyi də naməlumdur.
"Daha sonrakı reyslər barədə nəsə demək çətindir", - AZAL-dan qeyd ediblər.