...

Azərbaycanda 600 kq-dən çox vaxtıötmüş ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2010 19:10 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında həyata keçirilən növbəti yoxlamalar zamanı 600 kq-a yaxın vaxtıötmüş ərzaq malını satışdan çıxararaq məhv edib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycanda 600 kq-dən çox vaxtıötmüş ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında həyata keçirilən növbəti yoxlamalar zamanı 600 kq-a yaxın vaxtıötmüş ərzaq malını satışdan çıxararaq məhv edib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Binəqədi rayonunda, habelə Kürdəmir, Gəncə, Şəki, Siyəzən şəhərlərində və Abşeron yarımadasında keçirilib.

Mağazalarda vaxtıötmüş qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub.

İstehlakçı hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti