Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0003 bənd (0,03 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8031 manat səviyyəsində müəyyən edilib.
Sentyabrın 20-də manatın dollara nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına 0,8033 manat həcmində müəyyən edilib, minimum məzənnə isə sentyabrın 22, 23 və 24-də 0,8030 manat səviyyəsində olub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
13 sentyabr |
0,8037 |
20 sentyabr |
0,8033 |
14 sentyabr |
0,8037 |
21 sentyabr |
0,8032 |
15 sentyabr |
0,8035 |
22 sentyabr |
0,8030 |
16 sentyabr |
0,8035 |
23 sentyabr |
0,8030 |
17 sentyabr |
0,8033 |
24 sentyabr |
0,8030 |
Həftə ərzində orta |
0,80354 |
Həftə ərzində orta |
0,8031 |
Həftənin yekunları üzrə Bakı Banklararası Valyuta Birjasında keçirilən hərraclar nəticəsində müəyyən edilən manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,0002 bənd (0,02 faiz) möhkəmlənib. Bir ABŞ dollarına nisbətdə orta məzənnə 0,80328 manat səviyyəsində müəyyən edilib.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): sentyabrın 20-də 0,8034 AZN/USD məzənnə ilə $0,287 milyon, sentyabrın 21-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8034 AZN/USD səviyyəsində saxlanılıb. Sentyabrın 22-də 0,8032 AZN/USD məzənnə ilə $4,199 mln, sentyabrın 23-24-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8032 AZN/USD səviyyəsində saxlanılıb.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
13 sentyabr |
0,8039 |
20 sentyabr |
0,8034 |
14 sentyabr |
0,8039 |
21 sentyabr |
0,8034 |
15 sentyabr |
0,8037 |
22 sentyabr |
0,8032 |
16 sentyabr |
0,8037 |
23 sentyabr |
0,8032 |
17 sentyabr |
0,8035 |
24 sentyabr |
0,8032 |
Həftə ərzində orta |
0,80374 |
Həftə ərzində orta |
0,80328 |
USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 5 manat, satışı 6 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il - 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin təxminən 80 faizinin çıxarılması ilə əlaqədardır.