Azərbaycan, Bakı, 7 dekabr /Trend/
"Təmiz şəhər" ASC Bakı şəhərində yığışdırılan tullantıların zərərsizləşdirilməsi üzrə poliqon ətrafında ətraf mühitin qiymətləndirilməsi ilə bağlı işlərin alınmasına kotirovkalı sorğu elan edib. Bu barədə ASC-nin çərşənbə axşamı rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.
Kotirovkalı sorğuda iştirak üçün sənədlər dekabrın 10-dək qəbul edilir.
Əlavə məlumat üçün 464 41 11 nömrəli telefonla və 464 41 12 faksla əlaqə yaratmaq olar.
"Təmiz şəhər" ASC Bakıda məişət tullantılarının yığılması, emalı və utilizasiyası üzrə mərkəzləşdirilmiş sistemin yaradılması məqsədilə açılıb. Onun vəzifəsinə bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi daxildir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənbəyindən asılı olmayaraq yığılan bütün bərk tullantıların ASC-yə təhvil verilməsi tapşırılıb.