...

Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2010 14:57 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 14 dekabr /Trend /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Mingəçevir şəhərində prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, dekabrın 10-da Mingəçevir şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə sahibkarlarla müzakirələr aparılıb və sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

-müasir tələblərə cavab verən ətlik istiqamətli broyler təsərrüfatının və istixana şəraitində faraş tərəvəz istehsalı sahəsinin yaradılması;

-müasir tələblərə cavab verən tikiş vətoxuculuq üzrə istehsal sahələrinin yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 432-39-69

Faks: (012) 434-74-29

Xəbər lenti

Xəbər lenti