...

Bakının pivə barlarında mənşəyi məlum olmayan dəniz məhsulları aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2010 19:46 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakının istehlak bazarında mənşəyi məlum olmayan, orqanizm üçün təhlükəli olan krevetkaların satışını aşkar edib.
Bakının pivə barlarında mənşəyi məlum olmayan dəniz məhsulları aşkar olunub

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakının istehlak bazarında mənşəyi məlum olmayan, orqanizm üçün təhlükəli olan krevetkaların satışını aşkar edib. Bu barədə komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Dövlət komitəsinə Bakı şəhərinin bir sıra pivə barlarında mənşəyi məlum olmayan, brakonyerlik yolu ilə əldə olunub, orqanizm üçün təhlükəli olan krevetkaların satışı ilə bağlı şikayət məktubu daxil olub", - məlumatda deyilir.

Bunula əlaqədar dövlət komitəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndəsinin iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən pivə barlarında dəniz məhsullarının saxlanılması və satılması zamanı normativ sənədin tələblərinə riayət olunması ilə bağlı monitorinq keçiriblər. Monitorinq nəticəsində paytaxtda fəaliyyət göstərən bir neçə pivə barında mənşəyi məlum olmayan, təhlükəsizliyi təmin olunmayan dəniz məhsulları - bişmiş krevetka, hisə verilmiş şamayka, farel balıqları və s. satılır. Bunlar aşağıdakılardır:

1. "Beer" pivə. Fiziki şəxs Adil Bəbirov. Yasamal rayonu, Ə.Ələkbərov küç., 508-ci məhəllə;

2. "Beer" pivə. Fiziki şəxs Elvim İsayev. Nəsimi rayonu, Bakıxanov 50;

3. "Saloon". Fiziki şəxs Zaur Barabaşov. Binəqədi rayonu, 8-ci mikr;

4. "Flaminqo". Fiziki şəxs İlkin Baxışəliyev. Nəsimi rayonu, Atatürk prospekti 41;

5. "Millerbraun". Fiziki şəxs Bəhruz Əsgərov. Nəsimi rayonu, Ə.Qasımzadə küç., 72.

Aşkar olunan qanun pozuntuları ilə bağlı akt tərtib olunub, məhsul satışı qadağan edilib.

Monitorinqlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti