...

Azərbaycanın "TBC Kredit" təşkilatı ipoteka kreditləri üzrə şərtləri yaxşılaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2010 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Yeni ildən etibarən TBC Kredit faiz dərəcəsini 4 faiz aşağı salaraq ipoteka kreditləri üzrə şərtləri yaxşılaşdırır. Artıq yanvardan həmin kreditlər üzrə minimal faiz dərəcəsi illik 14 faiz, müddəti isə 10 il təşkil edəcək.

TBC Kredit təkcə mənzil alışı üçün deyil, təmir, şəxsi evin tikintisi, torpaq sahəsinin alışı üçün də kreditlər təklif edir. Şəxsi evin tikintisi üçün minimal illik faiz dərəcəsi 16 faiz, təmir üçün isə minimum 18 faiz təşkil edir. Bununla bərabər, kreditin maksimal məbləği 200,000 dollar təşkil edir.

Təşkilatın planlarına verilən ipoteka kreditlərinin aylıq həcminin fəal surətdə artırılması daxildir.

Əlavə məlumat üçün TBC Kreditin xidmət mərkəzlərinə 598-22-12, 598-07-91 nömrələrinə zəng edə və ya /www.tbckredit.az/ saytından məlumat ala, onlayn müraciət forması doldura və kredit kalkulyatorunun köməyi ilə aylıq ödənişlərinizi hesablaya bilərsiniz.

TBC Kredit Azərbaycanda ipoteka kreditləri verməyə başlayan ilk təşkilatdır.

TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı olan TBC Bank-a, 25 faizi isə ShoreBank International Ltd. şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti