...

Azərbaycanda birja valyuta bazarının dövriyyəsi yanvarda 78 milyon dollar artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2011 12:12 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı 2011-ci ilin yanvarında USD/AZN_TOD aləti üzrə Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində ticarətin yekunları üzrə siyahıya rəhbərlik edib. Trend-in məlumatına görə, bu barədə birjanın cümə axşamı yayılan məlumatında bildirilir.
Azərbaycanda birja valyuta bazarının dövriyyəsi yanvarda 78 milyon dollar artıb

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Azərbaycan Beynəlxalq Bankı 2011-ci ilin yanvarında USD/AZN_TOD aləti üzrə Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində ticarətin yekunları üzrə siyahıya rəhbərlik edib. Trend-in məlumatına görə, bu barədə birjanın cümə axşamı yayılan məlumatında bildirilir.

Təşkil olunmuş valyuta bazarının aparıcı dilerləri sırasına ASB, AGBank, Yapi Kredi Bank Azerbaijan və Bank Respublika daxil olub.

Buna müvafiq olaraq, 2011-ci ilin yanvarında birja bazarının aparıcı operatorları olan bankların siyahısı aşağıda göstərilir:

Banklar

Ümumi həcmdən %-lə

Azərbaycan Beynəlxalq Bankı

40,69%

ASB

13,98%

AGBank

3,36%

Yapi Kredi Bank Azerbaijan

3,17%

Bank Respublika

1,27%

Bu məlumatda Azərbaycan Mərkəzi Bankının əqdləri nəzərə alınmır.

Ümumi hesabda yanvar ayında BBVB-nin valyuta bölməsindəki elektron hərraclarda 9 bank iştirak edib. Həmin dövrdə keçirilən 36 ticarət bölməsində 20 əqd qeydə alınıb. Hesabat ayında valyuta bölməsində UZD/AZN üzrə hərracların həcmi 62,796 milyon manat və ya dollar ekvivalentində 78,880 milyon təşkil edib.

2010-cu ilin dekabr ayının göstəriciləri ilə müqayisədə hesabat ayında valyuta bölməsində ümumi ticarət həcmi 48,5 milyon dollar və yaxud 44 faiz azalıb.

Ticarətin elektron birja sistemində hər bir hərracın orta həcmi 4,382 milyon dollar təşkil etdiyi halda, USD/AZN üzrə orta günlük dövriyyə təxminən 3,944 milyon dollara çatıb.

Yanvar ayının yekunlarına əsasən, USD/AZN_TOD aləti üzrə milli valyutanın birja məzənnəsi 0,2 faiz - 1 USD 0,7967-dən 0,7952 manatadək artıb.

Hesabat ayında birjada Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsi 0,3 faiz azalıb - 1 USD-yə görə 0,7991 manatdan 0,7991 manata qədər. Nəticədə milli valyutanın ABŞ dollarına nisbətdə orta ölçülü birja məzənnəsi yanvarda 0,7961 manata bərabər olub, halbuki 2010-cu ilin dekabr ayında bu göstərici 0,7975 AZN təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti