...

"Azərbaycan Dəmir Yolları" QSC "qaynar xətt" açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2011 13:34 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC "qaynar xətt" açıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
"Azərbaycan Dəmir Yolları" QSC "qaynar xətt" açıb

Azərbaycan, Bakı, 22 fevral /Trend/

"Azərbaycan Dəmir Yolları" QSC "qaynar xətt" açıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

"Qaynar xətt"in nömrəsi 499 49 38-dir. Xətt bütün gün ərzində fəaliyyət göstərir.

Əzməmmədovun sözlərinə görə, "qaynar xətt" dəmir yollarının təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlərin daha da genişləndirilməsi və yanvarın 27-də keçirilən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası zamanı verilən tapşırıqların həyata keçirilməsi məqsədilə açılıb.

Xəbər lenti

Xəbər lenti