Azərbaycan, Bakı, 1 mart /Trend/
Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə strukturu olan "ABB-Gürcüstan" Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyasına (BACEE - Banking Association for Central and Eastern Europe) üzv qəbul olunub. Bu barədə ABB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
1996-cı ildə təsis olunmuş assosiasiya regionun maliyyə institutları arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu məqsədlə BACEE müxtəlif məsləhətçi, məlumatlandırıcı və analitik xidmətlər göstərir, onun üzvləri geniş məlumat bazasına daxil olmaq imkanlarına malikdir və xarici ölkələrin bank və maliyyə bazarları barədə məlumatlar əldə edə bilir. Bundan başqa, assosiasiya müntəzəm seminar, konfrans və kurslar keçirir.