...

Azərbaycan bankı "Parabank" valideyn qayğısından məhrum uşaqlar üçün xeyriyyə aksiyası keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2011 11:41 (UTC +04:00)
"Parabank" ASC kimsəsiz uşaqların bu dünyada özlərini tənha hiss etməmələri məqsədilə onları sevindirməyə davam edir.
Azərbaycan bankı "Parabank" valideyn qayğısından məhrum uşaqlar üçün xeyriyyə aksiyası keçirib

Azərbaycan, Bakı, 1 aprel /Trend/

"Parabank" ASC kimsəsiz uşaqların bu dünyada özlərini tənha hiss etməmələri məqsədilə onları sevindirməyə davam edir. Yazın gəlişi ilə "Parabank" ailəsi Heydər Əliyev sarayı ilə birgə Respublika Uşaq sanatoriyası, Uşaq və yeniyetmələr üçün sümük -vərəm xəstəlikləri sanatoriyası və 39 №li uşaq sanatoriyasından olan kimsəsiz uşaqların Novruz bayramı günlərini şən keçirmələri üçün mart ayının 22-də Heydər Əliyev sarayında "Şən qoğalın Novruz səyahəti" adlı şənlik təşkil edib. Bu barədə bankın məlumatında deyilir.

Tamaşadan sonra uşaqlara hədiyyələr paylanılıb.

"Bankımız son dövrlərdə tez-tez xeyriyyə məqsədi ilə əsasən də kimsəsiz uşaqlara dəstək aksiyaları keçirir və ya bu cür tədbirlərə maddi və mənəvi dəstək olur. Biz ümid edirik ki, bir gün də olsa uşaqların bayram günlərində üzlərində təbəssüm, qəlblərində sevinc hissi yarada bildik", - bankın məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti