...

Azərbaycan bankı "Texnikabank" nağdsız xidmətlər spektrini genişləndirb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2011 18:35 (UTC +04:00)
Azərbaycan bankı "Texnikabank" ASC "Golden pay" şirkəti və "Milli Kart" prosessinq mərkəzi ilə müqavilə imzalayıb.
Azərbaycan bankı "Texnikabank" nağdsız xidmətlər spektrini genişləndirb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Texnikabank" ASC "Golden pay" şirkəti və "Milli Kart" prosessinq mərkəzi ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, bankın bütün filiallarında "Agent Pay" ödəniş sistemi vasitəsilə müxtəlif kütləvi ödənişlər qəbul olunur. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İndi baş ofis və filiallarla yanaşı, bankın bankomat və informasiya köşklərində bu sistem vasitəsilə Bakcell, NarMobile, Azerfon-Vodafone, Fonex, Aztelekom, BTRİB, Catel, Azdatakom, Bakinternet, Bakıelektrikşəbəkə, Adanet, Azeronline, Connect ADSL, AvirTel, AzstarNet, B&B TV, Connect TV, KaTV1 şirkətlərinin xidmətlərinə görə ödənişlər həyata keçirmək mümkündür.

Tezliklə Azəriqaz, Azercell, AzEvroTel, Ultel, Azərenerji, Uninet, Eurocell, Delta Max, AzQtel, Superonline, Elcell, Aile TV, Digiturk şirkətlərinin də sistemə əlavə edilməsi və ödənişlərin həyata keçirilməsi gözlənilir.

"Texnikabank" 1993-cü ildən fəaliyyət göstərir. Cari il fevralın 1-nə bankın aktivləri 496,880 milyon manat, depozit portfeli 247,061 milyon manat, kredit portfeli 368,085 milyon manat, məcmu kapitalı 64,545 milyon manat, o cümlədən nizamnamə kapitalı 53,685 milyon manat təşkil edib. Hazırda bankın 35 filialı, 60 bankomatı, 115 POS-terminalı var.

Xəbər lenti

Xəbər lenti