...

Azərbaycan bankı "AccessBank"ın İmişlidə filialı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /Trend/

Azərbaycan bankı "AccessBank" bu gün İmişli şəhərində öz yeni filialını açıb. Yeni açılmış filial bankın artıq 29-cu filialıdır. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

"AccessBank" Azərbaycan əhalisinin bank məhsullarından tam şəkildə istifadə etməsini təmin etməyə çalışır və ən əsası, regionlarda biznesin inkişafını dəstəkləyir. Bu siyasət çərçivəsində bank hər il həm paytaxtda, həm də ölkənin regionlarında öz filiallarının sayını artırır. Bu, təsisçilərin bank qarşısında qoyduğu əsas məqsədlərdən biridir.

Azərbaycan Mərkəzi Bankında attestasiyadan uğurla keçmiş, təcrübəli "AccessBank" mütəxəssisi Niyaməddin Bayramov İmişli filialının rəhbəri vəzifəsinə təyin olunub. Açılış mərasimində filial rəhbəri bildirib ki, İmişli filialının açılması ilə yerli əhali zəruri maliyyə alətlərindən istifadə edə və yeni iş yerləri əldə edə bilərlər.

"İmişlinin 1 000 nəfərdən çox sakini artıq "AccessBank"ı tanıyır və onunla əməkdaşlıq edirlər, amma bundan əvvəl onlara Cəlilabad filialında xidmət göstərilirdi. Mən çox şadam ki, indi biz öz mövcud və yeni müştərilərimizə daha yaxın olacağıq", - "AccessBank"ın baş meneceri Andrev Pospilovski filialın açılması ilə əlaqədar deyib.

İmişli filialında həm fiziki, həm də hüquqi şəxslərə tamçeşidli xidmətlər göstəriləcək, o cümlədən pulköçürmələrin aparılması, hesabların, depozitlərin və VISA plastik kartlarının açılması, kiçik, biznes və istehlak kreditlərinin verilməsi üzrə əməliyyatlar həyata keçiriləcək.

"АccessBank"ın missiyası aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. "АccessBank" beynəlxalq "Fitch" reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+), həmçinin 2010-cu ildə "Euromoney" Nəşriyyat Qrupu və 2011-ci ildə "Global Finance" jurnalı tərəfindən "Azərbaycanın ən yaxşı bankı" kimi tanınıb.

"AccessBank" 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən "Access Holding" (16,5%) və Almaniyanın "LFS Financial Systems GmbH" (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti