...

Azərbaycanda keyfiyyətsiz peçenye istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2011 18:26 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz peçenye istehsalçısına 1,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Azərbaycanda keyfiyyətsiz peçenye istehsalçısına maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz peçenye istehsalçısına istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilmə və antiinhisar qanunvericiliyinin tələblərinin pozulması faktı ilə bağlı 1,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Sanksiya Günəşli qəsəbəsində yerləşən Elçin İsmayılova məxsus istehsalat sahəsində istehsal olunmuş peçenye məhsullarının müvafiq reseptura olmadan istehsal edilməsi, məhsulların etiketlərində istehsalçının ünvanının göstərilməməsi, peçenyelərin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edilməsi, habelə, peçenye məhsullarının istehsalında xammal kimi mənşəyi məlum olmayan duzdan istifadə olunması səbəbindən tətbiq edilib.

Mayın 19-na olan rəsmi məzənnə 0,7903 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti