...

Azərbaycanda pensiyaçıların 39 faizi kişilərdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2011 13:36 (UTC +04:00)
Azərbaycanda 1 aprel 2011-ci il tarixinə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edir.
Azərbaycanda pensiyaçıların 39 faizi kişilərdir

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir A.Axundov/

Azərbaycanda 1 aprel 2011-ci il tarixinə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edir. Trend-in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Əmək pensiyası alan şəxslərin 39 faizi kişi, 61 faizi isə qadındır", - məlumatda deyilir.

Onlardan 64 faizi yaşa görə, 25 faizi əlilliyə görə, 11 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Milli Məclis mayın 17-də keçirilən plenar iclasda "Əmək pensiyaları haqqında" mövcud qanuna əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsini təsdiq edib.

Bir müddət əvvəl DSMF sədri Səlim Müslümovun dediyi kimi, 1 yanvar 2010-cu il tarixinədək pensiyaya çıxan şəxslərin pensiya məbləğinin orta hesabla 40 faiz artırılmasını nəzərdə tutan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər iyulun 1-dən qüvvəyə minəcək.

Onun sözlərinə görə, bu dəyişikliklər bütün kateqoriyalı pensiyaçılara aiddir və ilkin hesablamara görə, orta hesabla 845 min nəfərin pensiyası artacaq.

Qanuna dəyişikliklər Azərbaycanda pensiyanın hesablanması metodunun vahid sistemə salınmasını nəzərdə tutur.

2006-cı ilədək pensiyaya çıxan şəxslər üçün pensiya müavinətinin orta aylıq məbləği 102 manat, 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək 122 manat təşkil edir. Ötən il ərzində bu göstərici 150 manatadək artıb.

Xəbər lenti

Xəbər lenti