...

Bakıda "Amerika və Azərbaycan üçün biznes imkanları" mövzusunda konfrans işə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2011 18:04 (UTC +04:00)
Cümə günü Bakıda "Amerika və Azərbaycan üçün biznes imkanları" mövzusunda konfrans işə başlayıb. Azərbaycan-Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ və Azərbaycanın iş adamları, tanınmış biznes liderləri iştirak ediblər. Bu görüşlərdə iki ölkə arasında ticari əlaqələrin genişlənməsi və yeni biznes növlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb, konkret layihələr müzakirə edilib
Bakıda "Amerika və Azərbaycan üçün biznes imkanları" mövzusunda konfrans işə başlayıb

Azərbaycan , Bakı, 3 iyun / Trend /

Cümə günü Bakıda "Amerika və Azərbaycan üçün biznes imkanları" mövzusunda konfrans işə başlayıb. Azərbaycan-Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ və Azərbaycanın iş adamları, tanınmış biznes liderləri iştirak ediblər. Bu görüşlərdə iki ölkə arasında ticari əlaqələrin genişlənməsi və yeni biznes növlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb, konkret layihələr müzakirə edilib.

Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Mahir İsgəndər bildirib ki, son illərdə Azərbaycanda müşahidə edilən davamlı iqtisadi inkişaf ölkəmizə qarşı ABŞ sərmayədarlarının marağını artırıb. Onun sözlərinə görə, Azərbaycan özünün iqtisadiyyat tarixinin çox maraqlı dönəmini yaşayır və məhz bu ərəfədə belə bir konfransın təşkili konkret nəticələr verə bilər.

"Amerika və Azərbaycan üçün biznes imkanları" konfransı ölkələr arasında real biznes əlaqələrinin yaradılmasına həsr edilmiş altı sessiyadan ibarət olub. Tədbir zamanı Azərbaycanda turizm, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat, tikinti və digər sahələrdə sərmayə imkanları araşdırılıb. Azərbaycanın yeni enerji reallıqları, ölkədə dünya üzrə məşhur biznes şəbəkələrinin açılması da müzakirə mövzuları sırasında olub.

Çıxış edənlər arasında Azərbaycan-Amerika Ticarət Palatası idarə heyətinin üzvü Ceyms Beyker, Azərbaycanın maliyyə naziri Samir Şərifov, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, "Azercell Telekom" MMC-nin prezidenti Əli Ağan, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev, "AzQtel" şirkətinin baş icraçı direktoru Ceyhun Mollazadə və digərləri olub.

ABŞ və Azərbaycan ticarət əlaqələri üçün mühüm əhəmiyyət kəsb edən bu toplantının platinium sponsoru "Azercell Telekom" MMC-dir. Azercell Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcək bu cür tədbirlərin təşkilinə həmişə həvəslə yardımçı olur, ölkə əhalisinin rifahının yüksəlməsinə xidmət edən layihələrin reallaşmasına dəstək verir.

Xəbər lenti

Xəbər lenti