...

Özbəkistan tərəfi Azərbaycanın "Silk Way" aviaşirkətində müqavilə ilə çalışan əməkdaşlarını müvəqqəti olaraq geri çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2011 12:20 (UTC +04:00)
İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus İL-76 təyyarəsinin ekipajının bütün üzvləri itkin düşmüş hesab olunurlar və cəsədlərin axtarışı davam edir.
Özbəkistan tərəfi Azərbaycanın "Silk Way" aviaşirkətində müqavilə ilə çalışan əməkdaşlarını müvəqqəti olaraq geri çağırıb

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus İL-76 təyyarəsinin ekipajının bütün üzvləri itkin düşmüş hesab olunurlar və cəsədlərin axtarışı davam edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı hadisənin araşdırılması üzrə Azərbaycan komissiyasının rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktorunun müavini İlham Əmirov Bakıda mətbuat konfransında bildirib.

Əmirovun sözlərinə görə, güclü yanğın səbəbindən ekipaj üzvlərinin cəsədlərinin aşkar edilməsi ehtimalı çox azdır.

İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digərləri isə Özbəkistan vətəndaşı olublar.

Əmirovun sözlərinə görə, hazırda Özbəkistan tərəfi baş verən hadisənin səbəbləri araşdırılanadək Azərbaycan aviaşirkətində çalışan əməkdaşlarını müvəqqəti olaraq geri çağırıb. Onun sözlərinə görə, Azərbaycanda Özbəkistandan beş nəfər çalışırdı.

Bakı-Baqram marşrutu ilə hərəkət edən və saat 21:26-da (yerli vaxtla) havaya qalxan təyyarənin göyərtəsində Heydər Əliyev Beynəlxalq Hava Limanından qəbul etdiyi 18 ton yük olub.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə istehsal edilib və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

Azərbaycan artıq Əfqanıstan XİN-ə bu ölkənin ərazisində qəzaya uğrayan Azərbaycan təyyarəsinin ekipaj üzvlərinin meyitlərinin gətirilməsinə yardım etmək xahişi ilə iki nota təqdim edib.

Kabildə olan komissiya üzvləri qəza yerindəki mürəkkəb
vəziyyətlə əlaqədar indiyədək təyyarənin düşdüyü yerə çata bilməyiblər.

"Əfqanıstanda Azərbaycan təyyarəsinin "Taliban" tərəfindən vurulması əsas versiyalardan biridir", - komissiyanın rəhbəri, "Azərbaycan Hava Yolları" QSC-nin baş direktor müavini İlham Əmirov mətbuat konfransında deyib.

Xəbər lenti

Xəbər lenti