...

Azərbaycanın toxumçuluq müəssisəsi nizamnamə kapitalını azaltdığını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2011 13:16 (UTC +04:00)
Azərbaycanın toxumçuluq müəssisəsi "Azərtoxum" MMC nizamnamə kapitalını 15,6 milyon manatadək azaltdığını elan edib.
Azərbaycanın toxumçuluq müəssisəsi nizamnamə kapitalını azaltdığını elan edib

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycanın toxumçuluq müəssisəsi "Azərtoxum" MMC nizamnamə kapitalını 15,6 milyon manatadək azaltdığını elan edib. Trend-in məlumatına görə, bu barədə müəssisənin cümə axşamı rəsmi mətbuatda dərc edilmiş məlumatında deyilir.

"Şirkətin təsisçilərinin iclasında nizamnamə kapitalının azaldılması barədə qərar qəbul edilib", - məlumatda deyilir.

Bu qərarın qəbul edilməsindən sonra fiziki şəxs Adəm Əliyevin payı 11,862 milyon manat, yaxud 76,04 faiz, "Azər Aqro" MMC-nin payı 3,738 milyon manat yaxud 23,96 faiz təşkil edib.

Açılışı 2010-cu ilin oktyabrında keçirilən "Azərtoxum" MMC 7 hektarlıq ərazidə yerləşir. Müəssisədə 80 tonluq tərəzilər, 1000, 1500 və 2500 ton tutumu olan 12 anbar, toxumun keyfiyyətinin öyrənilməsi üçün laboratoriya, təmir sexi, yanacaqdoldurma məntəqəsi və digər obyektlər mövcuddur. Müəssisə müxtəlif dənli bitlkilərin toxumlarının istehsalı, hazırlanması və emalı ilə məşğul olur.

Avqustun 18-nə rəsmi məzənnə 0,7864 AZN/USD təşkol edir.

Xəbər lenti

Xəbər lenti