...

Bakı Metropoliteni stansiyalardakı ticarət obyektlərini yeniləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2012 10:25 (UTC +04:00)
Metronun "Elmlər Akademiyası" stansiyasında ticarət obyektlərinin sökülməsi onların yenilənməsi və zamanın tələblərinə uyğunlaşdırılması prosesi ilə bağlıdır.
Bakı Metropoliteni stansiyalardakı ticarət obyektlərini yeniləyir

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.İsmayılov/

Metronun "Elmlər Akademiyası" stansiyasında ticarət obyektlərinin sökülməsi onların yenilənməsi və zamanın tələblərinə uyğunlaşdırılması prosesi ilə bağlıdır. Bu barədə Trend-ə bazar ertəsi Bakı Metropolitenindən xəbər verilib.

Metrodan deyildiyi kimi, onların yenilənməsi və modernləşdirilməsi barədə qərar obyektlərinin vəziyyətinin pis olması ilə əlaqədar qəbul edilib.

"Bu normal prosesdir, çünki bu obyektlərdən bir çoxu modernləşdiriləcək və yeniləri ilə əvəz ediləcək", - metrodan qeyd ediblər.

Mənbə bildirib ki, başqa stansiyalarda da pis vəziyyətdə olan ticarət obyektlərinin əvəzlənməsi və yenilənməsi üzrə mərhələli işlərin aparılmasının mümkünlüyü də istisna olunmur.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hazırda 23 stansiyası var.

Bir müddət əvvəl Bakı Metropoliteninin 20 illik inkişaf proqramı qəbul edilib. Həmin uzunmüddətli inkişaf sxeminə əsasən, gələcəkdə Bakı Metropoliteninin ümumi şəbəkəsi 5 xətdən - hazırkı 2 xətt və yeni 3 xətt - və uzunluğu 119 km olan metro xəttində yerləşən 76 stansiyadan ibarət olacaq.
Yəni proqram 53 yeni stansiya və 84,3 km metro yolunun tikilməsini nəzərdə tutur. Yeni stansiyaların tikintisi zamanı yer seçimində inteqrasiya məsələləri və digər sərnişin nəqliyyatı növlərinin çoxfunksionallı nəqliyyat kompleksi ilə uyğunlaşması da nəzərə alınıb.

Xəbər lenti

Xəbər lenti