...

Azərbaycanda yeni maliyyə hesabatlarına keçid müzakirə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 13:37 (UTC +04:00)
Azərbaycanda yeni maliyyə hesabatlarına keçid müzakirə edilir
Azərbaycanda yeni maliyyə hesabatlarına keçid müzakirə edilir

Azərbaycan, Bakı, 1 mart /Trend müxbir A. Axundov/

Azərbaycanda "Maliyyə alətləri: tanınma və qiymətləndirmə" adlı 39-cu standartının 2015-ci ildən "Maliyyə alətləri" adlı 9-cu standartla (MHBS 9) əvəz edilməsi ilə bağlı məsələlər müzakirə edilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda deyilir.

"Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) "Maliyyə alətləri" adlı 9-cu standartların əsas prinsipləri" mövzusunda seminar AMB və Ernst&Young audit şirkətinin birgə təşkilatçılığı ilə keçirilir. İki gün davam edəcək treninqlər Ernst&Young audit şirkətinin Moskva və Paris ofisinin mütəxəssisləri tərəfindən aparılır.

"Seminarda yeni standartın tətbiqi nəticəsində maliyyə aktivləri üzrə mövcud uçot və hesabatlığa dair məsələlər müzakirə ediləcək. Bundan başqa, maliyyə aktivlərinin təsnifləşdirmə, qiymətləndirmə metodikası, risklərin açıqlanması tələbləri və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların qiymətləndirilməsi metodologiyasında mühüm dəyişikliklərə dair məsələlər də müzakirə olunacaq" , - məlumatda deyilir.

Seminarda kommersiya banklarının maliyyə bölmələrinin rəhbərləri, baş mühasibləri ilə yanaşı, Mərkəzi Bankın müvafiq departamentlərinin əməkdaşları, Dövlət Neft Fondu və Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin nümayəndələri də iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti