Azərbaycan, Bakı, 12 mart /Trend/
AXA MBASK Sığorta Şirkəti icbari sığorta şəhadətnamələrinin satışı ilə məşğul olan bütün sığorta agentlərini "İcbari Yaz" adlı yaz kampaniyası çərçivəsində əməkdaşlığa dəvət edir. Mayın 31-dək davam edəcək kampaniya çərçivəsində həmin tarixədək müraciət etmiş agentlər, müvafiq agent müqaviləsi bağlandıqdan sonra, AXA MBASK şirkətindən aşağıdakıları əldə edəcəklər:
1) Sığorta şəhadətnamələrinin buraxılmasını və qeydiyyatını asanlaşdıran proqram təminatı üzərinə yüklənmiş olan HP mini kompüterindən, və eləcədə müvafiq marketinq məhsullarından ibarət olan xüsusi hazırlanmış "Agent Qutusu"
2) Yüksək agent mükafatları (komisyon mükafatları və satış bonusları)
3) Komisyon haqlarının asan və sürətlə almaq imkanı
4) Yüksək səviyyəli agent xidmətləri və peşə gələcəyini qurmaqda dəstək
5) AXA MBASK brendi altında peşəkar agentlik açmaq imkanı
6) AXA MBASK şirkətinin hesabına xaricdə ixtisas artırma keçmək imkanı.
Dünyada minlərlə AXA agentləri kimi Sizə də sığorta agenti kimi həqiqi müvəffəqiyyət qazanmaqda lazımi dəstək vermək üçün hər cür imkanımız var.
Biz dünyanın 57 ölkəsində sığorta agentlərilə əməkdaşlıq edərək onların rifahı üçün mühüm töhfələr veririk. Bütün dünyada AXA agentləri AXA brendinə, nüfuzuna, peşəkarlığına arxayındırlar. AXA MBASK agentlərinin və agentliklərinin də sayı günü-gündən artmaqdadır. Bu böyük ailəmizdə Sizi də görməyə ümidvarıq.
AXA MBASK sığorta şirkətinə (012) 596 55 70 (dax.128) və (050) 287 3055 telefonu, yaxud [email protected] elektron ünvanı vasitəsilə müraciət edin.