Azərbaycan, Bakı, 15 mart /Trend/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Omni Finance" MMC-nin 500 min manat dəyərində faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 500 istiqraz buraxılıb.
İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər.
İstiqrazların yerləşdirilməsinin anderrayteri qismində "Texnika Capital Management" MMC çıxış edir.
"Omni Finance" bank olmayan kredit təşkilatıdır və əsası altı il əvvəl "Mikromaliyyə" MMC tərəfindən qoyulub.