...

Azərbaycan ÜGT-nin gömrük xidmətlərinin inteqrasiyasının dərinləşməsinə böyük töhfə verir – baş katib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2012 13:01 (UTC +04:00)
Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Azərbaycan Dövlət Gömrük Komitəsinini fəaliyyətini yüksək qiymətləndirir.
Azərbaycan ÜGT-nin gömrük xidmətlərinin inteqrasiyasının dərinləşməsinə böyük töhfə verir – baş katib

Azərbaycan, Bakı, 12 aprel / Trend, müxbir A.Axundov/

Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Azərbaycan Dövlət Gömrük Komitəsinini fəaliyyətini yüksək qiymətləndirir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə cümə axşamı Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun gömrük xidmətləri rəhbərlərinin konfransında iştirak edən ÜGT-nin baş katibi Kunio Mikuriya deyib.

Onun sözlərinə görə, Azərbaycan gömrüyü sürətlə inkişaf edir və ÜGT gömrük xidmətlərinin qarşılıqlı inteqrasiyasının dərinləşməsinsə böyük töhfə verir.

"Belə tədbirlərin Azərbaycanda keçirilməsi, Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa regional ofisinin açılması Azərbaycan DGK-nın rolunu və əhəmiyyətini göstərir", - Mikuriya deyib.

Aprelin 12-13-də Bakıda 36 ölkənin gömrük xidmətlərinin, ÜGT-nin, Avropa Komissiyasının Baş vergi və gömrük direktorluğunun yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə konfrans keçirilir.

Konfransda ÜGT-nin əsas strategiyası, təşkilata seçkilər və bir sıra başqa məsələlər müzakirə olunur.

Xəbər lenti

Xəbər lenti