...

Qubada uçan körpünün yerində yeni dördzolaqlı keçid tikiləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 16:30 (UTC +04:00)
Bakı-Quba-Rusiya sərhədi magistralının 156-cı kilometrliyində uçan körpünün yerində alternativ yol 1-2 gün ərzində çəkiləcək.
Qubada uçan körpünün yerində yeni dördzolaqlı keçid tikiləcək (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.İsmayılov/

Bakı-Quba-Rusiya sərhədi magistralının 156-cı kilometrliyində uçan körpünün yerində alternativ yol 1-2 gün ərzində çəkiləcək. Bu barədə cümə axşamı Trend-ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, 800 metr uzunluğunda alternativ yol artıq körpünün sol tərəfində çəkilir. Hazırda torpaq işlərinin təqribən 90 faizi görülüb. Yaxın vaxtlarda asfalt örtüyünün salınması başlaycaq, bundan sonra yol istismara veriləcək.
İş yerinə bütün zəruri ağır texnika cəlb edilib və metal konstruksiyalar çatdırılıb.

Mürsəliyevin sözlərinə görə, hazırda köhnə körpünün dəmir-beton konstruksiyaları toplanır. Bu proses yaxın bir neçə gün ərzində tamamlanacaq. Bundan sonra dirəklərə əvvəlkindən xeyli geniş olan yeni körpü quraşdırılacaq.

Mürsəliyev qeyd edib ki, 70-ci illərdə tikilən əvvəlki körpü ikizolaqlı idisə, yeni keçid dördzolaqlı olacaq.

Bütün işlərin 2-3 ay ərzində başa çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti