...

Azərbaycan Gürcüstanın ən iri ikinci ticari tərəfdaşıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2012 19:49 (UTC +04:00)
2012-ci ilin yanvar-mart aylarında Gürcüstanın iri ticarət tərəfdaşları Türkiyə, Azərbaycan və Almaniya olub.
Azərbaycan Gürcüstanın ən iri ikinci ticari tərəfdaşıdır

Gürcüstan, Tbilisi, 24 aprel /Trend, müxbir N.Kirsxaliya/

2012-ci ilin yanvar-mart aylarında Gürcüstanın iri ticarət tərəfdaşları Türkiyə, Azərbaycan və Almaniya olub. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstan Statistika Komitəsindən bildiriblər.

Hesabat dövründə Gürcüstanın Türkiyə ilə əmtəə dövriyyəsi 324 milyon dollar, Azərbaycan ilə 282 milyon dollar, Almaniya ilə 163 milyon dollar təşkil edib.

Ümumi xarici ticari dövriyyədə Gürcüstanın 10 iri ticarət tərəfdaşının payı 66 faiz təşkil edir.

Xəbər lenti

Xəbər lenti