...

Azərbaycan gömrüyü "Eurovision 2012" ilə əlaqədar təşkilati işləri başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 16:34 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar təşkilati işləri başa çatdırıb.
Azərbaycan gömrüyü "Eurovision 2012" ilə əlaqədar təşkilati işləri başa çatdırıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar təşkilati işləri başa çatdırıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

"DGK-nin yerinə yetirməli olduğu bütün təşkilati işlər artıq başa çatıb. Heydər Əliyev Beynəlxalq Aeroportunun zalından bütün rentgen aparatları yığışdırılıb. Lakin bu o demək deyil ki, gömrük nəzarəti həyata keçirilməyəcək. Belə ki, aeroportda sərnişinlərin elektron bəyan edilməsi xidməti işləyir. Turistlər öz ölkələrində olarkən həmin elektron bəyannamələri doldura bilərlər", - Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti