...

Azərbaycan və İraq arasında birbaşa hava nəqliyyatının açılması ilə bağlı memorandum imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2012 11:55 (UTC +04:00)
Azərbaycan və İraq iki ölkə arasında birbaşa hava nəqliyyatının açılma imkanı üzrə anlaşma memorandumu imzalayıblar.
Azərbaycan və İraq arasında birbaşa hava nəqliyyatının açılması ilə bağlı memorandum imzalanıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Tağıyeva/

Azərbaycan və İraq iki ölkə arasında birbaşa hava nəqliyyatının açılma imkanı üzrə anlaşma memorandumu imzalayıblar. Bu barədə cümə günü Trend-ə İraqın Azərbaycandakı səfirliyinin katibi Cassim Məhəmməd Əhməd bildirib.

Onun sözlərinə görə, memorandum İraq Mülki Aviasiya Administrasiyasının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Fuad Quliyev və İraqın Mülki Aviasiya Administrasiyasının baş direktoru Nasir Hüseyn tərəfindən imzalanıb.

"Memoranduma əsasən, tərəflər Azərbaycanın Bakı, Naxçıvan, Gəncə və Qəbələ şəhərləri ilə İraqın Bağdad, Nəcəf, Ərbil və Bəsrə şəhərləri arasında birbaşa hava nəqliyyatının açılmasını nəzərdə tutur", - Əhməd deyib.

Gözlənilir ki, ilk aviareys Bakı və Nəcəf şəhərləri arasında açılacaq.

Nümayəndə heyətinin səfəri çərçivəsində tərəflər ölkələr arasında yük daşımalarının sadələşdirilməsi məsələsini də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti