Azərbaycan, Bakı, 17 avqust /Trend/
AccessBank, "Azərbaycan iqtisadiyyatının inkişafında mikromaliyyələşdirmənin rolu" mövzusunda müsabiqə elan edir.
Müsabiqədə Bakı və regionlarda kütləvi informasiya vasitələrində çalışan jurnalistlər (çap, televiziya, radio, İnternet-portal) iştirak edə bilərlər.
Müsabiqənin nəticəsinə əsasən, 1-ci yerin qalibinə 1000 manat, 2-ci yerə layiq görülənə - 800 manat, 3-cü yerə layiq görülənə isə 600 manat məbləğində pul mükafatı veriləcək.
Müsabiqəyə avqust ayının 18-dən sentyabr ayının 13-dək tarixlərində qəzet və jurnallarda dərc olunan məqalələr, xəbər süjetləri, televiziya və radioproqramlar, İnternet portallarda yerləşdirilmiş azərbaycan və ya rus dilində materiallar qəbul olunacaq. Materialların son qəbul günü - 15 sentyabr 2012-ci il.
Yazının Times New Roman şriftində - 12, telesüjetlər isə DVD-də təqdim olunmalıdır. Yazılar A4 formatda 1 səhifədən çox (5-10 min işarə), telesüjetlər isə 3 dəqiqədən az olmamalıdır.
Müsabiqəyə təqdim olunan materiallar azad jüri tərəfindən qiymətləndiriləcək. Bunlar: Beynəlxalq Maliyyə Korporasiyasının Bakı ofisinin rəhbəri Aliyə Əzimova, Azərbaycan Mikromaliyyələşdirmə Assosiyasiyasının icraçı direktoru Jalə Hacıyeva, AccessBank-ın Mikrokredit Departamentinin rəhbəri Tariyel İsmaylovdur.
Müsabiqə işləri AccessBank-ın İctimaiyyətlə əlaqələr üzrə şöbəsinə təqdim olunmalıdır: [email protected] və ya [email protected] elektron ünvanına, ya da poçt ünvanı: Azərbaycan, AZ 1065, Tbilisi prospekti 3 (Qeyd: "İctimaiyyətlə əlaqələr üzrə şöbəyə. Müsabiqə üçün"). Əlavə məlumat üçün: +994 12 408 23 87 /47; 012 510 10 24; 510 14 03 (daxili 109).
Müsabiqənin qalibləri haqqında elan AccessBank-ın rəsmi saytında 10 oktyabr 2012-ci il tarixinədək yerləşdiriləcək.