On ildən artıq müddət əvvəl Suzuki şirkəti Hayabusa idman motosikletlərinin istehsalına başlayanda o qısa zamanda 303-312 km/s maksimal sürətlə dünyanın ən sürətli motosikleti kimi tanındı. Bu göstərici bir çoxları üçün lazım olandan da artıq sürət idi, ancaq motosiklet yarışçısı Bill Uorner üçün əsla yox.
Uorner motosikletlə 1.5 mil məsafəni 502 km/s (312 mil/s) sürətlə keçərək, 483 km/s sürətini motosikletdə fəth edən ilk insan oldu. O, metanolla işləyən və 1,000 at güclü olan mühərrikli Suzuki Hayabusa yarış motosikletində öz köhnə rekordunu - 448 km/saat sürəti yeniləyib.
Uorner bu nəaliyyəti ilə nəinki özünün əvvəlki maksimal sürət rekordunu 33.3 mil/s keçib, o həm də, bütün digər idman sürət yarışçılarının düşüncəsində çevriliş edib.
269.7 mil/s klassik rekordunun müəllifi Din Sabatinelli bu haqda belə deyib: "Mən yaxın beş il ərzində də bu rekorda heç olmazsa yaxın gələ biləcək bir yarışçı tanımıram, hətta bu insan məşqlərə indi, bu saat başlasa və bütün diqqətini bu məsələyə yönəltsə belə. Bill sürət yarışlarına bir alim kimi yanaşır. Onun keyfiyyətlərini lazımınca xarakterizə etmək üçün söz tapmaq olmur."
Yerüstü sürət yarışlarının təcrübəli iştirakçısı olan Uornerin özü bu barədə soyuqqanlılıqla belə deyib: "Yarış cığırında sürətin saniyədə 138 metrə qədər artırılması çox da kəskin hərəkət deyildi. İndiki halda bu rahat oldu. Son bir neçə il ərzində mən sürəti 180 mil/saatdan da çox artırmışdım, ona görə də bu sürət artımı travmatik nəticələrə səbəb olmadı."
Uorner sözünə davam edərək demişdir: "Ən çətini belə bir sürətin artırılmasından sonra motosikleti saxlamaq cəhdi idi. Cığırda nəqliyyat vasitələrinin sürətini azaltmaq üçün cəmi bircə mil qalmışdı və mən bu məsafənin hər bir metrindən istifadə edirdim."
Qeyd etmək lazımdır ki, dünyanın bir çox alimləri metanola ekoloji cəhətdən təmiz yanacaq və benzinlə dizel kimi ənənəvi yanacaq növlərinin alternativi kimi baxırlar. Metanol əsasında işləyən müxtəlif yanacaq növləri onunla seçilir ki, onlar atmosferə buraxılan zərərli toksik maddələrin miqdarını əhəmiyyətli dərəcədə azaldır və bununla da planetimizin ekologiyasının xilasına öz töhfəsini verirlər.