...

Azərbaycanda Sibir xorası ilə bağlı vəziyyət nəzarət altındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2012 13:40 (UTC +04:00)
Azərbaycanda Sibir xorası ilə bağlı vəziyyət nəzarət altında saxlanılır və sabit olaraq qalır.
Azərbaycanda Sibir xorası ilə bağlı vəziyyət nəzarət altındadır

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Ə. Həsənov/

Azərbaycanda Sibir xorası ilə bağlı vəziyyət nəzarət altında saxlanılır və sabit olaraq qalır. Bu barədə bazar ertəsi Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Sibir xorasının yayılmasının qarşısını almaq üçün hər il ilk iki rübdə ev heyvanlarının vaksinasiyası aparılır.

"Azərbaycanda mövcud infeksiyanın potensial mənbələri var. Əgər vaxtında heyvanların vaksinasiyası aparılmasa, Sibir xorası özünü göstərə bilər", - Xanvəli deyib.

O qeyd edib ki, Sibir xorası virusunun mənbəyi torpaqdır, virus isə böyük heyvanlarla təmas zamanı ötürülür. Bu yaxınlarda yayılan şayiələrdə deyildiyi kimi Sibir xorasının Azərbaycana Gürcüstandan keçməsi doğru deyil, çünki virus hava ilə keçmir.

"Avqustun sonuncu ongünlüyündə yalnız Qax rayonunda bir heyvanda Sibir xorası aşkar edilib, lakin həmin heyvan digərlərini yoluxdurmadan öldükdən sonra yandırılıb", - Xanvəli vurğulayıb.

Onun sözlərinə görə, bundan başqa Sibir xorası ilə yoluxma halları aşkarlanmayıb.

Xəbər lenti

Xəbər lenti