...

«Azərikimya»da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2012 16:34 (UTC +04:00)
Görüş zamanı gələn il Azərbaycan Dövlət Neft Şirkətinin təşkilatçılığı və dəstəyi ilə «Azərikimya» İB-nin, Qafqaz Universitetinin, həmçinin neft-kimya müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan geniş miqyaslı elmi-praktik konfransın təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.
«Azərikimya»da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilib

"Azərikimya"da Qafqaz Universitetinin rəhbərliyi ilə görüş keçirilmişdir.

Görüş zamanı gələn il Azərbaycan Dövlət Neft Şirkətinin təşkilatçılığı və dəstəyi ilə "Azərikimya" İB-nin, Qafqaz Universitetinin, həmçinin neft-kimya müəssisələri nümayəndələrinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan geniş miqyaslı elmi-praktik konfransın təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.

Görüşdə neft-kimya sahəsində çalışan elm adamlarının və istehsalat nümayəndələrinin iştirak edəcəyi konfransın həm elmi və həm də praktiki baxımdan mühüm əhəmiyyət kəsb edəcəyi bildirilmişdir. "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev və Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç keçiriləcək bu böyük tədbirlə bağlı görüləcək təşkilati işləri müzakirə etmiş, fikir mübadiləsi aparmış, onun bütün tərəflər üçün səmərəli olması məqsədilə bir sıra təkliflər irəli sürmüşlər.

Tərəflər müzakirələr olunan məsələ ilə bağlı görüşləri davam etdirməyi nəzərdə tutmuşlar.

Xəbər lenti

Xəbər lenti