...

Bakı Biznes Tədris Mərkəzi növbəti treninqi keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2012 18:33 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda treninqlərini davam etdirir.
Bakı Biznes Tədris Mərkəzi növbəti treninqi keçirib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi məqsədilə müxtəlif mövzularda treninqlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə maarifləndirmə tədbiri oktyabrın 4-də Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Beynəlxalq Əmək Təşkilatının "Biznes ideyanı yarat, öz biznesinə başla və təkmilləşdir" Proqramı çərçivəsində Qazaxda təşkil edilib.

"Öz biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında keçirilmiş treninqlərdə sahibkarlara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumalar da iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlərdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti