...

Doha-Bakı reysində texniki nasazlıq yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2012 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Doha-Bakı reysini həyata keçirən Qətər aviaşirkətinin sərnişin təyyarəsində texniki nasazlıq yaranıb. Bu barədə şənbə günü Trend-ə "Qatar Airways"dən bildiriblər.

"Hazırda nasazlıq aradan qaldırılır, bundan sonra təyyarə Dohadan üç saat ərzində uçacaq", - aviaşirkətdən deyiblər.

Trend-in oxucularından biri məlumat verib ki, Bakı-Doha marşrutu üzrə hərəkət edən təyyarə Doha aeroportunda qəza enişi edib. Qətər aviaşirkəti bunun səbəblərini açıqlamaqdan imtina edib.

Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər ki, təyyarə Dohadan Bakıya yerli vaxtla saat 18:00-da gəlməli idi, lakin qeyri-müəyyən müddətə yubanır. Aerportdan yubanmanın səbəblərini açıqlamaqdan imtina ediblər, çünki təyyarə Qətər aviaşirkətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti