...

“AtaBank” ASC internet səhifəsini yeniləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2012 11:33 (UTC +04:00)
"AtaBank"ASC-nin internet səhifəsi - www.atabank.com saytı yenilənmiş formada istifadəyə verilib.
“AtaBank” ASC internet səhifəsini yeniləyib

Azərbaycan, Bakı, 31 oktyabr / Trend/

"AtaBank"ASC-nin internet səhifəsi - www.atabank.com saytı yenilənmiş formada istifadəyə verilib. Trend-in məlumatına görə, bu barədə bankın şərşənbə günü yaydığı məlumatda deyilir.

Əvvəlki versiyadan fərqli olaraq saytda zəngin məlumatlar yerləşdirilmiş yeni 4 bölmə mövcuddur və saytın məlumat bazasının genişləndirilməsi bankın istifadəçilərinə daha böyük imkanlar yaradır. "Bank haqqında", "Hüquqi şəxslər", "Fiziki şəxslər" və "Xidmət şəbəkəsi" bölmələri bankın fəaliyyət istiqamətlərinin bütün sahələrini əhatə edir. Üç dildə fəaliyyət göstərən yeni saytda müştərilər bankın idarəetmə strukturu, səhmdarlar, maliyyə hesabatları, filial şəbəkəsi həmçinin fiziki və hüquqi şəxslərə təqdim edilən xidmətlər haqqında ətraflı məlumat əldə edə biləcəklər.

Bundan əlavə, saytda, kredit və plastik kart əldə etmək üçün online ərizə forması və müxtəlif kommunal xidmətlərin ödənilməsi mümkün olacaq. Yeni saytın dizaynı bankın korporativ imicinə tam uyğundur. Bankın saytının yeni dizaynı funksional istifadəsi, qabaqcıl texnologiya və sadəliyi əks etdirən dəyərlərə əsaslanır.

Saytın "Xəbərlər" bölməsində bankın fəaliyyəinə dair operativ məlumatlar verilir. Bu bölmə son xəbərlərlə daha da zənginləşdirilib. "AtaBank" ASC-də işləmək arzusunda olanlara karyera bölməsində ərizə formasını doldurmaqla CV göndərmək imkanı yaradılır.

Xatırladaq ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gun "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti