...

Azərbaycan-Serbiya biznes forumu çərçivəsində iki sənəd imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2012 16:48 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Serbiyanın Ticarət və Sənaye Palatası bazar ertəsi Bakıda əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Azərbaycan-Serbiya biznes forumu çərçivəsində iki sənəd imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Serbiyanın Ticarət və Sənaye Palatası bazar ertəsi Bakıda əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Trend-in məlumatına görə, imzalanma Azərbaycan-Serbiya biznes forumu çərçivəsində baş tutub. Sənədi AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Serbiyanın Ticarət və Sənaye Palatasının prezidenti Miloş Buqarin imzalayıblar.

Bundan başqa, tədbir çərçivəsində iki ölkənin Ticarət və Sənaye palataları arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb.

Biznes forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilir. Tədbirdə Azərbaycan və Serbiya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı və qida sənayesi, turizm, neft-qaz, beynəlxalq avtomobil daşımaları, maşınqayırma sənayesi, tibb, özəlləşdirmə və s. sahələrdə fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti