...

Azərbaycan və Rusiya əmək miqrantlarının hüquqlarının qorunması sahəsində saziş imzalamaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 14:01 (UTC +04:00)
Azərbaycan və Rusiya əmək miqrantlarının hüquqlarının qorunması sahəsində ikitərəfli sazişin hazırlanmasına başlayacaq.
Azərbaycan və Rusiya əmək miqrantlarının hüquqlarının qorunması sahəsində saziş imzalamaq niyyətindədir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiya əmək miqrantlarının hüquqlarının qorunması sahəsində ikitərəfli sazişin hazırlanmasına başlayacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda RF əmək və sosial müdafiə nazirinin müavini Tatyana Blinova bildirib.

"Biz təkcə RF ərazisində deyil, possovet məkanında da əmək fəaliyyətinin leqallaşdırılması ilə bağlı məsələlərin həllini kifayət qədər vacib hesab edirik", - Blinova deyib.

Onun fikrincə, Azərbaycan əmək münasibətlərinin rəsmiləşdirilməsi, vergilərin ödənilməsi, iş və sığorta stajının olduğunu təsdiqləyən bütün sənədlərin əldə olunması yolu ilə əmək fəaliyyətinin leqallaşdırılmasına böyük diqqət ayırır.

"Belə qarşılıqlı fəaliyyət bizə pensiya təminatı, sosial sığorta, yaşadıqları ölkədən əmək fəaliyyətinin həyata keçirilməsi üçün başqa ölkələrə gedən şəxslərin tibbi təminatı məsələləri ilə bağlı olan problemləri ən yaxşı şəkildə həll etməyə imkan verər. Ona görə, sözsüz ki, bu məsələlər Azərbaycan və Rusiya tərəflərini narahat edir. Biz güman edirik ki, bu sahədə saziş bağlanması bu məsələləri daha yaxşı həll etməyə kömək edəcək", - Blinova bildirib.

Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini Tatyana Blinovanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 5-6-da Bakıda keçirilən MDB iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Sosial Müdafiə üzrə Məsləhət Şurasının iclasında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti