...

Azərbaycanın maliyyə naziri Asiya İnkişaf Bankının Departament direktoru ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2012 19:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauzerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə AİB ilə Azərbaycan arasında birgə əməkdaşlıq istiqamətləri, o cümlədən elektrik enerjisi istehsalı, müasir tələblərə cavab verən yol-nəqliyyat infrastrukturunun yaradılması, su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması istiqamətində həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

Tərəflər, həmçinin bankın mütəxəssisləri tərəfindən Azərbaycan üzrə hazırlanan 2013-2018-ci illəri əhatə edəcək 5 illik yeni strategiya barədə də fikir mübadiləsi aparıblar.

Gerhauzer təmsil etdiyi qurumun Azərbaycanda infrastruktur layihələrinin maliyyələşdirilməsinə bundan sonra da vəsait ayırmaqda maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti