...

Bakıdan bir neçə aviareys təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 15:11 (UTC +04:00)
Texniki səbəblərə görə "Air Astana" şirkətinin Bakı-Almatı aviareysi təxirə salınıb. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bakıdan bir neçə aviareys təxirə salınıb

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.İsmayılov/

Texniki səbəblərə görə "Air Astana" şirkətinin Bakı-Almatı aviareysi təxirə salınıb. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Aeroportdan bildirilib ki, yerli vaxtla saat 13:05-də həyata keçirilməli olan gündüz aviareysi axşam reysi ilə birləşdiriləcək. Təyyarə saat 19:35-də Bakıda olacaq, yerli vaxtla saat 20:35-də isə yola salınacaq.

"Təyyarə Bakıda çətinliklə yerə enib və müvafiq olaraq, reys texniki səbəblərə görə təxirə salınıb", - aeroportdan deyiblər.

Habelə aeroportdan qeyd ediblər ki, "Turkish Airlines" şirkətinin İstanbul-Bakı və "Iran Air" şirkətinin Tehran-Bakı reysləri də təxirə salınıb. Müvafiq olaraq 14:30-da uçmalı olan Bakı-İstanbul və Bakı-Tehran (16:50) aviareysləri də təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti